Türkiyənin Manisa vilayətində baş verən meşə yanğınının səbəbi açıqlanıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Turqutlu rayonunda yastığını yandıran şəxs meşə yanğınına səbəb olub.
Ö.T. adlı şəxs yastığının üstündə gənə gördüyündən onu yandırıb və bağçaya atıb.
Bağçadan başlayan yanğın meşəyə yayılıb və 5 hektar sahə yanaraq kül olub.
Ö.T. hadisədən sonra həbs olunub.