“Gürcüstan Naminə” müxalifət partiyasının deputatları vaxtından əvvəl səlahiyyətlərindən məhrum ediliblər. Modern.az xəbər verir ki, müvafiq qərar ölkə parlamentinin plenar iclasında qəbul edilib.
“Gürcüstan Naminə” koalisiyası parlament seçkilərində 7,8% səs toplayıb və qanunverici orqanda 12 yer qazanıb. Partiya parlamentə daxil olsa da, ilk gündən boykot rejimində olmaqla, işinə məhəl qoymur.
"Yaz sessiyası zamanı 26 plenar iclas keçirilib. Onlar 26-nın hamısını üzrlü səbəb olmadan buraxıblar. Ona görə də deyə bilərik ki, onlar seçkilərdə aldıqları səlahiyyətləri yerinə yetirməməklə, mandatlarından məhrum edirlər", - parlamentin sədri Şalva Papuaşvili bildirib.
Qanunverici orqanın rəhbəri onu da xatırladıb ki, parlamentin çağırışı başlayandan “Gürcüstan Naminə” partiyasının deputatları bir gün də iclasda iştirak etməsələr də, 800 min lariyə yaxın maliyyə vəsaiti alıblar.
Papuaşvili vurğulayıb ki, əsasnaməyə görə, mandatdan məhrum edilən partiyanın maliyyələşdirilməsi altı ay müddətinə dayandırılacaq.
Aşağıdakı partiya üzvlərinin deputatlıq səlahiyyətlərinə xitam verilib:
Teona Akubardiya,
Ana Buçukuri,
Giorgi Qaxaria,
Levan Qoqiçaişvili,
Zaza Tavadze,
Beka Liluaşvili,
Natia Mezvrişvili,
Berdia Siçinava,
Kaxaber Kemoklidze,
Roin Koçoraşvili,
Dmitri Tskitişvili
Zviad Dzidziquri.