Modern.az

Eks-prezident xəstəxanaya yerləşdirilib

Eks-prezident xəstəxanaya yerləşdirilib

Dünya

4 İyul 2025, 08:53

Polşanın keçmiş prezidenti və "Həmrəylik" hərəkatının lideri Lex Valensa xəstəxanaya aparılıb.

Modern.az xəbər verir ki, 81 yaşlı siyasətçi xəstəxanaya yerləşdirildiyini şəxsən Facebook-da paylaşıb.

"Tanrıya şükür, yenən bacardıq",- deyə yazan Valensa, xəstəxana çarpayısında tibbi avadanlıq və oksigen maskası ilə uzanmış şəklini paylaşıb.

Polşanın “İnteria” portalının məlumatına görə, xəstəxanaya yerləşdirmə əvvəlcə planlaşdırılmış tibbi prosedurla bağlıdır.

Valensanın köməkçisi Marek Kaczmar da öz növbəsində keçmiş prezidentin təcili əməliyyat olunduğunu bildirib.

"Eks-prezidentin səhhəti yaxşıdır. O, hazırda Varşava xəstəxanalarından birindədir. Onun başqa tarixə planlaşdırdığı əməliyyatı ediblər. O, bu gün xəstəxananı tərk etməyəcək", - Kaçmar jurnalistlərə bildirib.

Lakin o, Valensanın hansı əməliyyata məruz qaldığını açıqlamayıb.

Lex Valensa uzun müddətdir diabetdən əziyyət çəkir və ürəyində problemlər var. 2008-ci ildə keçmiş prezident ABŞ-da kardiostimulyator-defibrilatorun implantasiyası prosedurundan keçib. Bir neçə il əvvəl naqillərdən biri kardiostimulyatordan çıxıb. Valensa öləcəyi təqdirdə əməliyyatdan əvvəl vida məktubu yazıb. Əməliyyat son nəticədə uğurla keçdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI