Modern.az

Keti Perri məşhur aktyordan ayrıldı

Keti Perri məşhur aktyordan ayrıldı

Dünya

4 İyul 2025, 20:19

Məşhur amerikalı müğənni Keti Perri və aktyor Orlando Blum ayrıldıqlarını açıqlayıblar.

Modern.az bu barədə BBC-yə istinadən xəbər verir.

2016-cı ildən münasibətdə olan cütlük 2019-cu ildə nişanlanıb və dörd yaşlı qız övladlarını birlikdə böyüdürlər.

Cütlüyün nümayəndələri bildiriblər ki, onların əsas prioriteti övladlarının sevgi və qarşılıqlı hörmət şəraitində böyüməsini təmin etməkdir. Onlar gələcəkdə də ailə olaraq bir araya gələcəklər.

Qeyd edək ki, Keti Perrinin son albomu və konsert turu əvvəlki uğurlarını təkrarlaya bilməyib. Müğənni bu il "Blue Origin"in kosmik layihəsində iştirak etsə də, sosial şəbəkələrdə sərt tənqid olunub.

Keti Perri daha əvvəl komediya aktyoru Rassel Brendlə, Orlando Blum isə model Miranda Kerr ilə evli olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI