Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Pərviz Şərif Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasının qarşısında bir araya gəliblər.
Modern.az xəbər verir ki, üç ölkə liderinin əl-ələ tutaraq səmimi söhbət etmələri nəzərlərdən yayınmayıb.
Pakistan Baş naziri coşqulu şəkildə "Türkiyə, Azərbaycan və Pakistan zindəbad" deyərək, üç ölkənin birliyini və həmrəyliyini vurğulayıb.
Ərdoğan isə buna "Maşallah" deyərək, qarşlıq göstərib.
Prezident İlham Əliyev Xankəndidə onların qarşısındakı yeni inşa edilən otel barədə Prezident Ərdoğana məlumat verib.