Modern.az

Xameneidən 25 gündür xəbər YOXDUR

Xameneidən 25 gündür xəbər YOXDUR

Dünya

5 İyul 2025, 20:22

İranın Ali Lideri ayətullah Əli Xamenei artıq 25 gündür, ictimaiyyət qarşısına çıxmayıb.

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Qeyd edilir ki, bu müddət ərzində Xamenei cəmi iki dəfə xalqa videomüraciət edib və hər iki çıxışın bunkerdə lentə alındığı iddia olunur.

Məlumata görə, Xamenei iyunun 13-də İsrailin İrana hava hücumlarına başlamasından sonra dərhal gizli sığınacağa aparılıb. Mənbələr onun təhlükəsizlik səbəbilə bunkeri tərk etmədiyini bildirirlər.

Lakin İran daxilində ayətullahın ciddi xəstə olduğu və ya vəfat etdiyi barədə müxtəlif şayiələr yayılır. Sözügedən iddialar rəsmi şəkildə təsdiqlənməyib.

Qeyd edək ki, İsrail hərbi əməliyyat çərçivəsində İranın nüvə və müdafiə obyektlərini hədəfə alıb. İyunun 22-də isə ABŞ hərbi qüvvələri İranın İsfahan, Natanz və Fordo şəhərlərindəki strateji nüvə obyektlərinə zərbələr endirib.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında atəşkəs razılaşması əldə olunduğunu bəyan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI