Modern.az

Rusiyadan Azərbaycana gəlmək istəyən turistlərin sayında ciddi azalma yoxdur

Rusiyadan Azərbaycana gəlmək istəyən turistlərin sayında ciddi azalma yoxdur

Dünya

5 İyul 2025, 21:24

Rusiyadakı turoperatorlar Azərbaycanda tətil üçün sifarişlərin sayında ciddi azalma qeydə almayıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat verən Rusiya Səyahət Sənayesi İttifaqının (RUTİ) mətbuat xidməti Azərbaycan turlarına marağın azalması ilə bağlı mətbuatda yayılan informasiyaları təkzib edib.

 

RUTI qeyd edib ki, əvvəllər Səyahət Agentlikləri Assosiasiyasının nümayəndələri tərəfindən sifarişlərin 30-40 faiz azalması ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb. "Rusiya Səyahət Sənayesi İttifaqında bu məlumatı yoxladıq: turoperatorların dediyinə görə, bu, təsdiqini tapmayıb. Çox az sayda, norma daxilində sifariş ləğv olunub", - deyə onlar mesajda qeyd ediblər.

 

RUTİ əlavə edib ki, Azərbaycanın turizm sənayesi işçiləri rusiyalı turistlərə mehriban münasibət nümayiş etdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI