Yəmənin “Ənsar Allah” hərəkatının husiləri İsrailin Təl-Əvivdəki Ben Qurion hava limanını ballistik raketlə vurduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat katibi Yəhya Səriyyə teleqram kanalında məlumat yayıb.
Hava limanının 2 hipersəs ballistik raketi ilə hücuma məruz qaldığı bildirilir.