Modern.az

Rusiya-Ukrayna müharibəsində ölən üçüncü gəncəli

Rusiya-Ukrayna müharibəsində ölən üçüncü gəncəli

Dünya

6 İyul 2025, 20:56

Rusiya-Ukrayna müharibəsində daha bir Gəncə sakini həyatını itirib.

Modern.az "Gencexeber"ə istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında davam edən silahlı münaqişədə Rusiya tərəfindən müharibəyə cəlb olunan Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Ruhin Museyibov vəfat edib.

41 yaşlı soydaşımızın nəşi artıq Gəncəyə gətirilib və Səbiskar qəbiristanlığında torpağa tapşırılıb.

Mərhum evli olub, iki övlad atası idi.

Qeyd edək ki, son aylarda Rusiya-Ukrayna müharibəsində həyatını itirən azərbaycanlılarla bağlı qeydə alınan növbəti hadisədir. Onların arasında iki Gəncə sakininin adları da var – 37 yaşlı Şahmar Mustafayev və 39 yaşlı Anar Quliyev.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI