Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın ABŞ-dakı hazırkı səfiri Oksana Markarovanı əvəz etməyi düşünür.
Modern.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi Zelenskinin ABŞ prezidenti Donald Trampla cümə günü baş tutan telefon danışığının təfərrüatları ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Agentlik yazır ki, yeni səfir postuna mümkün namizədlər arasında Ukraynanın baş naziri Denis Şmıxal, baş nazirin müavini Olqa Stefanişina, müdafiə naziri Rustem Umerov və energetika naziri Herman Qaluşenko var.
Şənbə günü səhər Zelenski Trampla söhbətinin “yaxşı və məhsuldar” keçdiyini söyləyib. Ukrayna liderinin sözlərinə görə, onlar “bir sıra digər mühüm məsələləri də” müzakirə ediblər.