12 günlük müharibə zamanı İsrail İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.
Modern.az xəbər verir ki, bu barədə İran Prezidenti amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
"Bəli, onlar cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular", - M.Pezeşkian qeyd edib.
İran prezidenti əlavə edib ki, sui-qəsd cəhdi təxminən həftə yarım əvvəl baş verib və ABŞ-ın əli olmadığını qeyd edib.
“Mən görüşdə idim, sonrakı addımları müzakirə etdik. Onlar casusların kəşfiyyat məlumatlarının köməyi ilə bizim görüş keçirdiyimiz əraziyə zərbə endirməyə çalışdılar”, - o deyib.