Modern.az

İrandan narkotik keçirmək istədilər, qarşısı alındı

İrandan narkotik keçirmək istədilər, qarşısı alındı

Dünya

7 İyul 2025, 18:54

İrandan 42 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Modern.az-ın məlumatına görə, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəddinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilməkdədir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi