Modern.az

Sabiq nazirin müəmmalı ölümü: istefadan əvvəl... 

Sabiq nazirin müəmmalı ölümü: istefadan əvvəl... 

Dünya

7 İyul 2025, 19:48

Rusiya Prezidenti Vladimir Putinin iyulun 7-də imzaladığı fərmanla vəzifəsindən azad edilən nəqliyyat naziri Roman Starovoytun iyulun 5-dən 6-na keçən gecə - istefasının rəsmi elan olunmasından xeyli əvvəl vəfat etdiyi güman edilir

 

Modern.az xəbər verir ki, bu barədə “Forbes” istintaq orqanlarına yaxın mənbəyə istinadən özünün teleqram kanalında məlumat yayıb.

 

Agentlik həmçinin “RTVI”a danışan Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolovun Starovoytun ölümü ilə bağlı məlumatı təsdiqləyərək “faciə xeyli əvvəl baş verib” sözlərinə istinad edib.

 

Rusiya KİV-in məlumatına görə, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, keçmiş nazirin güllə yarası olan meyiti Odintsovo şəhər dairəsi ərazisində, onun öz avtomobilində tapılıb. Eyni zamanda, söhbətin Romaşkovo kəndindəki parkın yaxınlığındakı dayanacaqda tapılan “Tesla” elektromobilindən getdiyi iddia edilir. Həmçinin bir sıra KİV Starovoytun Odintsovodakı evində intihar etdiyi barədə məlumat yayıblar.

 

RBK-nın məlumatına görə, Starovoytun ölümü ilə bağlı ballistik və tibbi ekspertizalar təyin ediləcək və bunlar ölümün səbəbini müəyyənləşdirməyə kömək edəcək. Hazırda əsas versiyalardan biri intihardır. Agentlik iddia edir ki, Starovoytun meyiti onun avtomobilindən bir neçə metr aralıda kolluğun arxasında tapılıb. Fövqəladə xidmətlərin əməkdaşları artıq məmurun meyitini avtomobilə daşıyıb, meyit morqa aparılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi