Modern.az

General Xəlil Arslanova 17 il həbs CƏZASI

General Xəlil Arslanova 17 il həbs CƏZASI

Dünya

7 İyul 2025, 19:59

Rusiyanın Qarnizon Hərbi Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanovu rüşvətxorluq və dələduzluğa dair cinayət işi üzrə 17 il müddətinə azadlıqdan məhrum edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.

 

Məhkəmə Arslanovu Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq), Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (xüsusilə külli miqdarda rüşvət alma) ilə təqsirli bilib və barəsində cəzasını ciddi rejimli koloniyada çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.

 

Arslanov həmçinin 24 milyon rubldan çox (təxminən 518 500 min manat - red.) cərimələnib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi