Rusiya Ukrayna tərəfinin birbaşa danışıqların yeni raundu üçün tarixləri açıqlamasını gözləyir.
Modern.az-ınTASS-a istinadən verdiyi məlumata görə, bunu iyulun 8-də jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:
"Prezidentin ötən həftə dediyi kimi, biz Ukrayna tərəfdən mümkün tarixləri gözləyirik. Tarixlər razılaşan kimi və ümid edirik ki, bu, reallaşacaq, biz bunu dərhal açıqlayacağıq".
Rusiya və Ukrayna arasında danışıqların ilk iki raundu mayın 26-da və iyunun 2-də İstanbulda baş tutub. Bu danışıqlar nəticəsində tərəflər “1000-ə 1000” prinsipi ilə hərbi əsirlərin dəyişdirilməsi, o cümlədən ağır xəstə və gənc (25 yaşa qədər) hərbi əsirlərin “hamı üçün” prinsipi ilə hər tərəfdən 1000 nəfərdən az olmamaq şərti ilə qaytarılması barədə razılığa gəliblər.