Modern.az

"Putin məni keçi südünə qonaq etmişdi"

"Putin məni keçi südünə qonaq etmişdi"

Dünya

8 İyul 2025, 23:22

Belarus Prezidenti Aleksandr Lukaşenko Mqilyov vilayətində yerləşən keçi yetişdirmə zavoduna baş çəkib.

Modern.az Belarus mətbuatına istinadən xəbər verir ki, zavodda yerli məhsulları dadmazdan əvvəl o, keçi südünün xüsusi qoxusunun olub-olmadığını soruşub.

Mütəxəssislər xüsusi qoxunun olduğunu təsdiqlədikdə, Lukaşenko bildirib ki, belə olmamalıdır və nümunə kimi Rusiya məhsulunu göstərib.

“Keçi südünü görmüşəm, məni Rusiya səfərində Putin keçi südünə qonaq etmişdi. Əgər keçi südü olduğunu deməsəydi, inək südü zənn edərdim”, - deyə Belarus lideri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi