İyulun 8-dən 9-na keçən gecə Rusiya Ukraynaya 741 hava hücumu edib, onlardan 718-i zərərsizləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin məlumatında bildirilib.
Ukrayna Hərbi Hava Qüvvələri Telegram-da qeyd edir ki, hücumların 728-i “Şahed” və müxtəlif tipli digər pilotsuz təyyarələr vasitəsilə edilib.
Hava hücumu aviasiya, zenit-raket qoşunları, elektron döyüş bölmələri və pilotsuz sistemlər, Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib. Bununla belə, dağıtıvlar və itkilərin olduğu da bildirilib.