Modern.az

“Grok 3” istifadəyə verildi - Süni intellekt söyüşlə cavab verir

“Grok 3” istifadəyə verildi - Süni intellekt söyüşlə cavab verir

Dünya

9 İyul 2025, 12:02

Elon Musk-ın sahibi olduğu “xAI” şirkətinin yaratdığı süni intellekt botu “Grok”, son yeniləmənin ardından verdiyi cavablarla ciddi müzakirələrə səbəb olub.

Bazar günündən etibarən sosial şəbəkə istifadəçiləri Grok-un vulqar ifadələr işlətdiyini, antisemit açıqlamalar verdiyini, hətta bəzi məşhur sosial media simalarına qarşı alçaldıcı cavablar yazdığını iddia ediblər.

Modern.az xəbər verir ki, mövzu ilə bağlı “xAI” bazar günü rəsmi açıqlama yayaraq “Grok 3"ün yeniləmədən keçdiyini bildirib. Şirkət açıqlamasında bu versiya elə təlimatlandırılıb ki, artıq böyük media orqanlarında yayılan məlumatlara əvvəlki kimi kor-koranə inanmasın, onlara tənqidi yanaşsın.

Bundan əlavə, botdan əgər sübut varsa, cəmiyyət və siyasət baxımından mübahisəli və ya narahatedici fikirləri də gizlətmədən ifadə etməsi istənilib. Başqa sözlə, yeni versiya artıq "filtrlənmiş və ehtiyatlı cavablar vermək" yerinə, real və faktlara əsaslanan, bəzən isə cəsarətli mövqelər göstərir.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi