Modern.az

Əliyev-Paşinyan görüşü niyə Ərəb Əmirliklərində keçirilir?

Əliyev-Paşinyan görüşü niyə Ərəb Əmirliklərində keçirilir?

Dünya

9 İyul 2025, 16:07

İyulun 10-da Birləmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikola Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək.

Maraqlıdır, tərəflər görüş yeri kimi niyə məzh Birləmiş Ərəb Əmirliklərini seçiblər?

Modern.az-ın məlumatına görə, siyasi şərhçi Elxan Şahinoğlu suala belə cavab verib:

“Ona görə ki, Birləşmiş Ərəb Əmirliklərinin hər iki ölkəyə yatırımları ildən-ilə artır, söhbət milyardlarla dollardan gedir. Birləşmiş Ərəb Əmirlikləri Ermənistanın ən böyük investoruna çevrilib, Əbu-Dabi Rusiyanı geridə qoyub. Bu ölkənin Azərbaycanda da iqtisadi maraqları mövcuddur. Yəni Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda sülh və əməkdaşlıq Birləşmiş Ərəb Əmirliklərinin həyati maraqları içərisindədir. Bu ölkə bununla həm də yatırımlarının təhlükəsizliyini təmin etmiş olur. Digər tərəfdən,  Birləşmiş Ərəb Əmirlikləri sülh quruculuğunda qonşularından geri qalmaq istəmir. ABŞ Talibanla razılaşmanı Qətərdə əldə etmişdi, amerikalı diplomatlar iranlı həmkarlarıyla danışılqarı Omanda aparırdılar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi