Ermənistan İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Daşnaksütyun” partiyasının daha bir üzvü ilə bağlı tədbirlərə əl atıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentin daşnak deputatı Qeqam Manukyanın evində axtarışlara başlanılıb.
Hazırda onun evində axtarışın davam etdirildiyi bildirilir. Deputatın hökumətə qarşı çeviriliş cəhdi edən qrupla əlaqəli olduğu güman ediilir.