Modern.az

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

Dünya

11 İyul 2025, 08:45

PKK terror təşkilatının bu gün silahları təhvil verməyə başlayacağı gözlənilir.

Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Terrorçular həbsdə olan PKK lideri Abdullah Öcalanın çağırışından sonra bu gün silahı yerə qoymağa başlayacaq.

İlk olaraq İraqın şimalında yerləşən Süleymaniyyə şəhərində bir qrup PKK üzvünün silahlarını yerə qoyacağı gözlənilir.

Silahsızlaşdırma prosesinin bir neçə aya başa çatdırılması hədəflənir.

Ankara, Ərbil və Bağdad administrasiyalarının koordinasiyası ilə silah buraxma məntəqələrinin yaradılması və təşkilatın silahlarını bu bölgələrdə qoyması nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi