Modern.az

PKK silahlarını yandırır: "Azad iradəmizlə edirik" - GÖRÜNTÜLƏR

PKK silahlarını yandırır: "Azad iradəmizlə edirik" - GÖRÜNTÜLƏR

Dünya

11 İyul 2025, 15:34

PKK terror təşkilatı həbsdəki lideri Abdullah Öcalanın etdiyi çağırışa müvafiq olaraq bu gündən silahları yerə qoymağa başlayıb. İlk simvolik mərasim İraqın şimalındakı Süleymaniyyə şəhərində keçirilib. PKK-ya yaxın olan xəbər agentliklərinin verdiyi məlumata görə, mərasimə 15 qadın və 15 kişi olmaqla ümumilikdə 30 təşkilat üzvü qatılıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahı yerə qoyan Barış və Demokratik Cəmiyyət Qrupunun açıqlamasında deyilir: “Bundan sonra azadlıq, demokratiya və sosializm uğrunda mübarizəmizi demokratik siyasət və hüquq yolu ilə davam etdirmək məqsədilə və demokratik inteqrasiya qanunlarının qəbul edilməsi əsasında silahlarımızı azad iradəmizlə məhv edirik".

Bu gün keçirilən simvolik mərasimdən sonra silahı buraxma prosesinin bir neçə ay ərzində tamamlanması hədəflənir. Ankara, Ərbil və Bağdad idarələrinin koordinasiyası ilə silahların təhvil veriləcəyi nöqtələrin yaradılması və təşkilatın bu ərazilərdə silahlarını təhvil verməsi nəzərdə tutulur.

Mərasimdən əvvəl PKK lideri Abdullah Öcalanın 9 iyulda ictimaiyyətə mesajı açıqlanmışdı. Öcalan PKK-nın milli dövlətçilik məqsədindən imtina etdiyini və sülh və demokratik cəmiyyət məqsədinə çatmağın “pozitiv inteqrasiyaçı perspektivlə” mümkün olduğunu deyib.

DEM Partiyasının sözçüsü Ayşəgül Doğan 9 iyulda verdiyi açıqlamasında millət vəkilləri və DEM Partiyasının heyəti olaraq PKK-nın silah qoyma mərasiminə şahidlik etmək üçün orada olacaqlarını bildirib. Mərasimə partiyanın həmsədriləri, bəzi millət vəkilləri və Mərkəzi İcraiyyə Komitəsinin (MYK) üzvləri, sol-sosialist partiyaların rəhbərlərinin də yer aldığı heyətin getdiyi deyilir.

1448906

1448907

1448908

1448909

1448910

1448911

1448913

1448914

1448915

1448916

1448917

1448918

1448919

1448920

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi