Modern.az

Paşinyan müşavirə keçirdi

Paşinyan müşavirə keçirdi

Dünya

11 İyul 2025, 17:12

Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə işgüzar müşavirə keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda Ədliyyə Nazirliyinin Penitensiar Sistemində İslahat Konsepsiyası müzakirə edilib.

Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, müzakirələrdə Ermənistanın icra, qanunvericilik və məhkəmə orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Ədliyyə naziri Srbuhi Qalyan penitensiar sistemin prioritetlərini və inkişaf istiqamətlərini təqdim edib. Xüsusilə penitensiar müəssisələrin potensialının inkişaf etdirilməsi, işçilərin əmək potensialının təmin edilməsi, yenidən sosiallaşma proqramlarının genişləndirilməsi və cəzaçəkmə müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılması məsələlərinə toxunulub.

Müzakirə zamanı nəzərdə tutulan istiqamətlər üzrə gələcək fəaliyyət və addımlara aydınlıq gətirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi