Modern.az

Sudan zəhərlənməyə görə həbs olunan var

Sudan zəhərlənməyə görə həbs olunan var

Dünya

11 İyul 2025, 22:37

Dağıstanın Məhərrəmkənd rayonunun “Kommunal təsərrüfat” bələdiyyə büdcə müəssisəsinin direktoru yerli sakinlərin keyfiyyətsiz su ilə kütləvi zəhərlənməsi faktı ilə bağlı həbs olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi məlumat yayıb.

 

Dağıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, bağırsaq infeksiyası əlamətləri ilə tibb müəssisələrinə 370-dən çox insan müraciət edib. “Rospotrebnadzor”un ilkin məlumatına əsasən, infeksiya su kəmərində baş vermiş iki qəza nəticəsində əhaliyə keyfiyyətsiz suyun verilməsi ilə əlaqədardır.

 

Faktla bağlı təhlükəsizliyin tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi üzrə cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi