Modern.az

Ərdoğanın şirləri üçün ad axtarılır

Ərdoğanın şirləri üçün ad axtarılır

Dünya

12 İyul 2025, 18:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən 3 şir balası üçün ad axtarılır.

Modern.az TRT kanalına istinadən xəbər verir ki, şir balalarının adları xalq səsverməsi ilə müəyyən ediləcək.

Heyvanlar 2018-ci ildə Sudanın keçmiş Prezidenti Ömər əl-Bəşirin Türkiyə liderinə hədiyyə etdiyi Sultan və Nil adlı aslanların balalarıdır.

Artıq ay yarımlıq olan bala aslanlar Qaziantep Təbiət Parkındadır. Təbiət Parkının yeni sakinlərinin adları sosial şəbəkələrdə keçirilən sorğunun nəticələrinə əsasən müəyyən olunacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi