Modern.az

Prezident olmaq çox təhlükəlidir - Tramp

Prezident olmaq çox təhlükəlidir - Tramp

Dünya

13 İyul 2025, 13:15

ABŞ Prezidenti Donald Tramp prezident fəaliyyəti ilə bağlı zarafat edib.

 

Modern.az xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərini “Fox News” yayıb.

 

O bildirib ki, seçkiyə qatılmağın nə qədər təhlükəli olduğunu bilsəydi, namizədliyini irəli sürmək barədə iki dəfə düşünərdi, lakin heç kim ona bu barədə xəbərdarlıq etməyib.

 

“Prezident olmaq çox təhlükəli işdir”, - o qeyd edib.

 

Trampın fikrincə, prezidentin işi yarış maşını sürücüsü olmaqdan və ya öküz idarə etməkdən daha təhlükəlidir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi