Rusiya prezidenti Vladimir Putin uşaqlıqda valideynlərinin ona aşıladığı hər yerdə işıqları söndürmək vərdişindən heç vaxt əl çəkməyəcəyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
Rusiya dövlət başçısının sözlərinə görə, ona bu vərdişi valideynlərindən miras alıb.
"Mən yatanda hər yerdə işığı söndürürəm. Bu, uşaqlığımdan, valideynlərimdən gələn vərdişdir. Anam və atam işıqları söndürərək hər yerə gedirdilər. Deməli, bu uşaqlıqdan gələn bir şeydir və həmişəlik mənimlə qalacaq", - Rusiya lideri deyib.