Modern.az

Lavrov çinli həmkarı ilə Ukraynanı müzakirə etdi

Lavrov çinli həmkarı ilə Ukraynanı müzakirə etdi

Dünya

13 İyul 2025, 20:43

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq İ ABŞ ilə münasibətləri və Ukrayna böhranının həlli perspektivlərini müzakirə ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Pekində keçirilən danışıqların yekunlarına dair bəyanatında deyilir.

 

"Tərəflər həmçinin Birləşmiş Ştatlar ilə münasibətləri və Ukrayna böhranının BMT Nizamnaməsinin prinsiplərinə uyğun həlli perspektivlərini müzakirə ediblər", - məlumatda vurğulanıb.

 

Görüş zamanı digər aktual mövzulara, o cümlədən İran-İsrail münaqişəsi və Koreya yarımadasındakı vəziyyətə toxunulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi