Modern.az

London yaxınlığında təyyarə qəzası

London yaxınlığında təyyarə qəzası

Dünya

13 İyul 2025, 22:25

Böyük Britaniyanın paytaxtı London şəhəri yaxınlığındakı Sautend hava limanından havaya qalxan kiçik təyyarə qəzaya uğrayıb.

 

Bu barədə Modern.az “Daily Mail” nəşrinə istinadən xəbər verir.

 

Qeyd olunub ki, “Beechcraft B200” biznes-jeti yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə 18:45) havaya qalxıb və Niderlandın Lelystad şəhəri onun təyinat yeri kimi göstərilib.

 

İki mühərrikli turbovintli təyyarənin göyərtəsində neçə nəfərin olduğu barədə hələlik məlumat yoxdur.

 

Britaniya mediası və sosial şəbəkələri hadisə yerində böyük yanğının və qara tüstü buludlarının fotolarını dərc edir.

 

Esseksdə yerləşən Sautenddən bütün uçuşlar ləğv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi