Modern.az

Ukraynanın müdafiə naziri postuna yeni NAMİZƏD

Ukraynanın müdafiə naziri postuna yeni NAMİZƏD

Dünya

14 İyul 2025, 22:48

Ukraynanın hazırkı baş naziri Şmıqal istefa verdikdən sonra müdafiə naziri postunu tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.

 

"Denis Şmıqalın böyük təcrübəsi Ukraynanın müdafiə naziri vəzifəsində mütləq faydalı olacaq - ölkənin hazırda maksimum resursları məhz bu sahədədir", - deyə Zelenski yazıb.

 

Şmıqalı Ukraynanın baş naziri postunda Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko əvəz edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi