Modern.az

Ermənistanda Konstitusiya Məhkəməsinin sədri prezident qədər maaş alacaq

Ermənistanda Konstitusiya Məhkəməsinin sədri prezident qədər maaş alacaq

Dünya

15 İyul 2025, 09:28

Ermənistanın baş naziri Nikol Paşinyan hakimlərin və Konstitusiya Məhkəməsi sədrinin maaşlarını artırmaq niyyətindədir.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Konstitusiya Məhkəməsinin sədri hazırda 1 milyon 331 min dram alır, onun 100 min artırılması təklif edilir. Artımdan sonra Konstitusiya Məhkəməsinin sədri prezident qədər alacaq. Hakimlər indiki 998 min dram əvəzinə 1 milyon 250 min alacaqlar.

Qanunda həmçinin Konstitusiya Məhkəməsi hakiminin əməkhaqqının 100 faizi məbləğində mükafat müəyyən ediləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi