Xəbər verdiyimiz kimi, Qərb mətbuatında ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında baş tutan telefon danışığı barədə iddialar dərc olunub.
Nəşrlər yazır ki, Tramp Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin Moskvaya niyə zərbə endirmədiyini soruşub. Zelenski cavab verib ki, əgər Vaşinqton Kiyevi silahla təmin etsəydi, bunu edə bilərdi.
Modern.az-ın məlumatına görə, Ağ Ev iddialara münasibət bildirib.
Ağ Evin mətbuat katibi Caroline Levitt iddiaları təkzib edib.
O bildirib ki, Tramp Zelenski ilə telefon danışığında Moskva və Sankt-Peterburqa zərbələr endirməyə çağırmayıb.
"Financial Times" qəzeti daha çox baxış əldə etmək üçün sözləri kontekstdən çıxarmaqla məşhurdur. Prezident Tramp sadəcə sual verirdi, daha çox adam öldürməyə təşviq etmirdi", - Levitt "Fox News"a deyib.