Modern.az

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

Dünya

15 İyul 2025, 18:39

12 gün davam edən İran-İsrail toqquşmasından sonra Tehranla Moskva arasında münasibətlər pisləşib.

Modern.az-ın məlumatına görə, həm Rusiya, həm də İran mətbuatında bu barədə xəbərlər yayılıb.

Qeyd olunur ki, İranın ali lideri Əli Xamenei Rusiyanın hadisələrə münasibətindən narazı qalıb.

İran hakimiyyətinə yaxın "Fərhixteqan" qəzetində dərc edilən məqalədə deyilir ki, xarici işlər naziri Abbas Əraqçı Moskvaya səfəri zamanı Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı narazılıq məktubunu çatdırıb. Xamenei məktubunda İranın gözləntilərini doğrultmadığını vurğulayıb. Tehran Moskvanın münaqişəyə münasibətinin daha sərt və dəqiq olmasını gözləsə də, bu baş verməyib.

Nəşrin iddiasına görə, müharibənin əvvəlində Rusiya İsraili işğalçı kimi tanıyaraq onun hücumlarını pisləsə də, ümumi mövqeyi İranın istədiyi qədər möhkəm və ciddi olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi