ABŞ-da 2025-ci ilin ilk 6 ayında 26 nəfərə ölüm hökmü oxunub.
Modern.az xəbər verir ki, bu barədə "Le Monde" məlumat yayıb.
Nəşr yazır ki, bu, 2015-ci ildən bəri ən yüksək göstəricidir və bu cür artım templəri insan haqları dairələrində narahatlıq yaradır.
Ölüm Cəzaları İnformasiya Mərkəzinin (DPIC) məlumatına görə, bu il ABŞ-da həyata keçirilən 26 edamın yarısından çoxu üç ştatda - Florida, Texas və Cənubi Karolinada gerçəkləşib.
"Bu il edamların artması az sayda ştatda seçilmiş bir neçə məmurun qərarlarını əks etdirir",- DPIC hesabatında deyilir.