Modern.az

Hindistan, Çin və Brazilyaya Rusiya ilə əməkdaşlığa görə SANKSİYALAR

Hindistan, Çin və Brazilyaya Rusiya ilə əməkdaşlığa görə SANKSİYALAR

Dünya

16 İyul 2025, 10:52

Hindistan, Braziliya və Çin Rusiya ilə əməkdaşlığa davam etsələr, ikinci dərəcəli sanksiyalarla üzləşə bilərlər.

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.

"Zəhmət olmasa, Vladimir Putinə zəng edin və ona Ukrayna üzrə danışıqlara ciddi yanaşmaq lazım olduğunu söyləyin, çünki əks halda bunun Braziliyaya, Hindistana və Çinə böyük təsiri olacaq", - siyasətçi Konqresdə senatorlarla görüşü zamanı deyib.

Rutte onu da vurğulayıb ki, Avropa Ukraynanın sülh danışıqlarında “ən yaxşı mövqeyə” malik olmasını təmin etmək üçün vasitələr tapmağa qadirdir.

Xatırladaq ki, Prezident Donald Tramp bir gün əvvəl Moskva və Vaşinqtonun 50 gün ərzində Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gəlmədiyi təqdirdə ABŞ-ın Rusiya və onun ticarət tərəfdaşlarına təxminən 100% idxal rüsumları tətbiq edəcəyini bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi