Modern.az

Azərbaycanla kommunikasiyaların açılmasında maraqlıyıq - Paşinyan

Azərbaycanla kommunikasiyaların açılmasında maraqlıyıq - Paşinyan

Dünya

16 İyul 2025, 12:42

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanla kommunikasiyaların açılması məsələsinə də toxunub.

Modern.az xəbər verir ki, Baş nazir İrəvanın Cənubi Qafqazda nəqliyyat marşrutları və kommunikasiyaların açılmasında maraqlı olduğunu təsdiqləyib. O qeyd edib ki, bu kontekstdə Azərbaycanla bütün müzakirələr Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində aparılır və aparılacaq.

"Ermənistan regionda nəqliyyat kommunikasiyalarının, o cümlədən Ermənistandan Azərbaycan, Azərbaycandan da Ermənistan ərazisindən keçməklə, ikitərəfli ticarət dövriyyəsinin açılmasında maraqlıdır.

Başqa sözlə, biz burada daimi maraq və hazırlıq nümayiş etdiririk. Bütün bu prosesləri Ermənistanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzərdən keçirmişik, nəzərdən keçiririk və nəzərdən keçirəcəyik.

Bunu qeyd etmək çox vacibdir, çünki bu kontekstdə hər hansı müzakirələr aparılıb və bundan sonra da aparılacaq. Bizdə heç vaxt qeyd olunan prinsiplərin gündəmindən ayrılan və ya bu gündəmə zidd olan müzakirələri olmayıb".

Paşinyan bildirib ki, Ermənistan Respublikası dünyada problemlərlə üzləşən yeganə ölkə deyil.

“Dövlətimiz mövcud olduğu müddətdə şüurlu və şüursuz çağırışlarla üzləşib. Hökumətin əsas vəzifəsi çağırışları idarə etmək və bu gün yaranmış unikal imkanları aşkara çıxarmaqdır”, - Paşinyan deyib.

O, həmçinin vurğulayıb ki, balanslaşdırılmış xarici siyasət dövlətin davamlılığı gündəliyinə xidmət edir və bunun nəticəsində Ermənistan Respublikasının beynəlxalq nüfuzu artır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi