Modern.az

Ukraynada hökumət istefaya GÖNDƏRİLDİ

Ukraynada hökumət istefaya GÖNDƏRİLDİ

Dünya

16 İyul 2025, 16:46

Bu gün, iyulun 16-da Ukrayna Ali Radası baş nazir Denis Şmıxalın və onun hökumətinin istefaya göndərilməsinə səs verib.

Modern.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak “YouTube” da məlumat yayıb.

261 deputat müvafiq qərarın lehinə səs verib.

Baş nazir Denis Şmıxal səsvermə başlamazdan əvvəl çıxış edib. O, əsgərlərə, cəbhədə mübarizə aparan bütün ukraynalı kişi və qadınlara, prezidentə, Nazirlər Kabinetinin komandasına, nazirlik və idarələrin rəhbərlərinə, xalq deputatlarına, eləcə də beynəlxalq tərəfdaşlara təşəkkür edib.

“Biz ölkəni qorunan maliyyə sabitliyi, kifayət qədər resurs bazası və bütün öhdəliklərimizi yüz faiz yerinə yetirməklə təhvil veririk”, - Şmıxal bildirib.

Qeyd edək ki, baş nazir Denis Şmıxal beş ildən artıq hökumətə rəhbərlik edib. Bu, Ukraynanın baş nazirləri arasında ən uzun müddətdir.

Deputat Jeleznyak qeyd etdiyi kimi, indi bütün nazirlər “vəzifəsini icra edəcək”. Sabah isə yeni baş nazir təyin etməlidirlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi