Modern.az

Şahin Şıxlinskinin oğlu barədə 2 ay HƏBS QƏRARI

Şahin Şıxlinskinin oğlu barədə 2 ay HƏBS QƏRARI

Dünya

16 İyul 2025, 19:46

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin Mutvalı Şıxlinski iki ay müddətinə istintaq təcridxanasına göndərilib.

Modern.az xəbər verir ki, ona qarşı dövlət məmuruna qarşı zorakılıq tətbiqi maddəsi ilə ittiham irəli sürülüb. 

***

18:59

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski məhkəməyə gətirilib.

Modern.az-ın məlumatına görə, məhkəmə qapalı keçirilib və jurnalistlər prosesə buraxılmayıb.

Şıxlinski məhkəmənin açıq hissəsində hərbçini qəsdən vurmadığını deyib.

“Mən bunu bilərəkdən etməmişəm. Mən onu görmürdüm. O, məndən sağda olub. Mən bunu sonradan bilmişəm”, - o qeyd edib.

Xatırladaq ki, M.Şıxlinski xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi