Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Fidan İsrailin Suriyanın cənubunu və Dəməşqi hədəf alan hücumları narahatlıq doğurduğunu qeyd edib.
Onun sözlərinə görə, regional təhlükəsizliyi və Suriyada sabitliyin bərqərar olma səyləri təhdid edən müdaxilələrə dərhal son qoyulmalıdır.