Modern.az

İraqdakı yanğında ölü sayı 60-ı keçdi - YENİLƏNİB

İraqdakı yanğında ölü sayı 60-ı keçdi - YENİLƏNİB

Dünya

17 İyul 2025, 16:00

İraqın cənubundakı Kut şəhərində terləşən ticarət mərkəzindəki yanğında ölənlərin sayı 60-dan çoxdur.

Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə”nin məlumatında bildirilib.

Yanğın qurbanları üçün üç günlük matəm elan edib.

İraq Daxili İşlər Nazirliyi yanğında 61 nəfərin öldüyünü təsdiqləyib.

Nazirlik izah edib ki, yanğının baş vermə səbəblərinin araşdırılması və hadisənin baş vermə şəraitinin dəqiq və şəffaf şəkildə təqdim edilməsi üçün yüksək səviyyəli istintaq komitəsi yaradılıb. Yerli səhiyyə orqanları Reuters agentliyinə bildiriblər ki, 69 nəfər ölüb.

İraq Xəbər Agentliyinin (INA) məlumatına görə, Vasit vilayətinin valisi Məhəmməd Cəmil əl-Mayahi Facebook səhifəsində yazıb ki, “yerli hakimiyyət bina və ticarət mərkəzinin sahiblərinə, eləcə də insidentdə iştirak edən bütün şəxslərə qarşı cinayət işi qaldırmağa başlayıb”.

“Biz 48 saat ərzində ilkin araşdırmanın nəticələrini ictimaiyyətə təqdim edəcəyik. Yanğın nəticəsində 40 nəfərin xəsarət aldığı bildirilir. Onlarla insan itkin düşüb. Mülki müdafiə qüvvələri 45 nəfəri xilas edə bilib. Qurbanların əksəriyyəti tüstüdən boğulub. Ticarət mərkəzi 5 gün əvvəl açılıb”.

***

İraqın Kut şəhərində ticarət mərkəzində güclü yanğın baş verib.

Modern.az xarici Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, dəhşətli hadisədə 50 nəfər həyatını itirib.

Bölgəyə çox sayda polis və xilasetmə əməkdaşları cəlb olunub.

Ölü sayının çox olması səbəbindən üçgünlük matəm elan edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular