Modern.az

Trampın Pakistana səfəri təkzib edildi - YENİLƏNİB

Trampın Pakistana səfəri təkzib edildi - YENİLƏNİB

Dünya

17 İyul 2025, 21:05

Pakistanın iki aparıcı televiziya kanalı cümə axşamı ABŞ prezidenti Donald Trampın ölkəyə səfər etməyi planlaşdırdığı barədə xəbərləri təkzib edib.

Modern.az xəbər verir ki, Geo və ARY xəbər kanalları Trampın Cənubi Asiya ölkəsinə səfərinin sentyabrda gözlənildiyini bildirib. Lakin sonradan hər ikisi xəbərləri təkzib edib.

“Geo News xəbəri təsdiq etmədən dərc etdiyinə görə izləyicilərindən üzr istəyir”, - deyə məlumatda bildirilir.

***

12:08

ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.

Modern.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi yerli kanallara istinadən xəbər yayıb.

Bu, təxminən iki onillik ərzində ABŞ Prezidentinin Pakistana ilk səfəri olacaq. Pakistana sonuncu dəfə 2006-cı ildə səfər edən ABŞ Prezidenti kiçik Corc Buş olub.

Mənbələrin bildirdiyinə görə, Tramp Pakistandan sonra Hindistana da səfər edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi