“Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsindən getməlidir, ya da növbəti seçkilərdə iştirak etməməlidir”.
Modern.az xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının (UAR) rəhbəri Ara Abramyan RİA Novosti-yə bildirib.
"Bu adam baş nazir ola bilməz. Erməni xalqı haqqında bir az da olsa fikirləşirsə, elə indi deməlidir: "Mən gedirəm". Onun üçün düzgün olan yeganə şey budur", - Barmyan vurğulayıb.
Onun fikrincə, Paşinyan seçicilərə verdiyi vədləri yerinə yetirməyib.