Hizbullahın “Rizvan” qüvvələrinin donanma komandiri Həsən Əhməd Səbra İsrail ordusu tərəfindən öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Hizbullah komandiri Livanın cənubunda, Kfur adlanan bölgədə İsrailin aviazərbələri nəticəsində həlak olub.
Bundan başqa əl-Nəqura bölgəsində Hizbullaha məxsus infrastrukturun bərpası ilə məşğul olan daha bir şəxs zərərsizləşdirilib.