Modern.az

11 ölkə Suriyadakı hadisələrlə bağlı bəyanat YAYDI

11 ölkə Suriyadakı hadisələrlə bağlı bəyanat YAYDI

Dünya

18 İyul 2025, 08:04

Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İraq, Oman, Qətər, Küveyt, Livan və Misir Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə dəstəklərini ifadə edərək birgə bəyanat yayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin  “NTV" kanalı məlumat yayıb.

 

Adı çəkilən ölkələrin XİN başçılarının aralarında apardıqları danışıqlardan sonra yaydıqları birgə bəyanatda İsrailin Suriyaya qarşı təkrarlanan hücumları qəti şəkildə pislənib.

 

Bundan başqa, hücumların Suriya ərazisinin və xalqının birliyini, təhlükəsizliyini və sabitliyini sarsıtdığı vurğulanıb.

 

Nazirlər beynəlxalq ictimaiyyəti Suriya hökumətinə yenidənqurma prosesində dəstək verməyə çağırıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi