Ermənistanda müdafiə nazirinin müavini Vahram Xorxoruninin qətlinin üstü 27 ildən sonra açılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, cinayəti törətməkdə 3 nəfər ittiham olunur.
İstintaqın məlumatına əsasən, hadisənin təşkilatçı və ortağı S.A.-dır. O bu addımı eqoist məqsədlərlə atıb. S.A. iki ortağına 10 və 15 min dollar vəd edib və onlar birlikdə təyin olunmuş gündə - 1998-ci il dekabrın 10-da Xorxorunini gözləyib, evinin girişində güllələyiblər.
S.A artıq saxlanılıb.
Xorxoruni 1998-ci il dekabrın 10-na keçən gecə evinin girişində qətlə yetirilib. Faktla bağlı cinayət işi açılıb, Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından əməliyyat-istintaq qrupu yaradılıb.