Modern.az

İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrail Suriya druzlarına humanitar yardım göndərir

Dünya

18 İyul 2025, 15:20

İsrailin xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin gərginləşməsi fonunda yerli druzlara humanitar yardım paketinin göndərilməsi barədə göstəriş verib.

Modern.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu qərar Əs-Suveydada druzlara qarşı son hücumlar və bölgədəki ciddi humanitar vəziyyət, eləcə də yerlərdəki ehtiyaclara uyğun qəbul edilib.

Nazirlik qeyd edib ki, yardım paketinin ümumi dəyəri 2 milyon şekel (indiki məzənnə ilə 594,8 min dollar) təşkil edəcək. Buraya qida paketləri, tibbi avadanlıqlar, ilk yardım dəstləri və dərmanlar daxil olacaq. Maliyyələşdirmə İsrail Xarici İşlər Nazirliyinin büdcəsindən təmin edilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi