Modern.az

Putin, Tramp və Si arasında görüş keçirilə bilər

Putin, Tramp və Si arasında görüş keçirilə bilər

Dünya

18 İyul 2025, 20:50

ABŞ, Rusiya və Çin liderləri Donald Tramp, Vladimir Putin və Si Cinpin sentyabrda Pekində birgə görüş keçirə bilərlər.

Modern.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, görüş İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinin qeyd olunması ilə üst-üstə düşə bilər.

Sentyabrın 3-də Çin və Rusiya liderlərinin iştirak edəcəyi təntənəli hərbi paradın keçirilməsi nəzərdə tutulub.

Putin artıq iştirakını təsdiqləyib. Pekin Donald Trampı da bu tədbirlərə dəvət etməyi düşünür.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi