Nepal hökuməti ölkədə "Telegram" messencerinə girişin məhdudlaşdırılması barədə göstəriş verib.
Modern.az xəbər verir ki, bu barədə Nepal Telekommunikasiya Təşkilatının rəsmi məlumatında bildirilir.
Qərar platformanın onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması üçün istifadə edilməsi ilə bağlı qeydə alınmış hallarla əlaqədardır. Telekommunikasiya operatorlarına məhdudlaşdırıcı tədbirləri dərhal həyata keçirmək tapşırılıb.
Təşəbbüs baş nazirlik və təhlükəsizlik orqanları ilə əlaqələndirilib.