Almaniyanın Dusseldorf şəhərində atəşfəşanlıq zamanı texniki nasazlıq səbəbindən 19 nəfər xəsarət alıb.
Modern.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları cəlb olunub.
Xəsarət alanlardan dördünün vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məlumata görə, yuxarı hündürlükdə partladılması üçün nəzərdə tutulan partlayıcılar çox aşağı hündürlükdə partlayıb.