Modern.az

280 nəfərin olduğu GƏMİ YANIR

280 nəfərin olduğu GƏMİ YANIR

Dünya

20 İyul 2025, 17:10

İndoneziya sahillərində göyərtəsində 280 nəfərin olduğu sərnişin bərəsi yanır.

 

Modern.az-ın məlumatına görə, bu barədə "U.S. Sun" məlumat yayıb.

 

Bildirilir ki, onlarla insan çıxılmaz duruma düşüb.

 

Bərənin aşağı hissəsində tüstülənmə başladıqdan sonra sərnişinlər arasında panika başlayıb.

 

Sosial şəbəkələrdəki görüntülərdə sərnişinlərin qışqıraraq kömək istədikləri, bəzilərinin isə özlərini suya atdıqları görünür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?